RU

«Azərbaycan Sənaye Bankı» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın aparıcı banklarından olan “Azərbaycan Sənaye Bankı”nın gəlir mənbələrini təqdim edir.

«Azərbaycan  Beynəlxalq Bankı (ABB)» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Azərbaycan Sənaye Bankı”ın gəlirləri 38 milyon 185 min manat təşkil edib. Bu göstərici ilə bank ölkənin bank sistemində 16-cı yerdədir. “Azərbaycan Sənaye Bankı” öz gəlir mənbələrinə görə, ölkə banklarının demək olar ki, hamısından fərqlənir. Bank sektorunun lideri – Azərbaycan Beynəlxalq Bankını (ABB) və 2-ci böyük bankı olan “Kapitalbank”ı nəzərə almasaq, ölkədə başqa heç bir bank başqa banklara yerləşdirdiyi depozitlərdən belə yüksək qazanc əldə edə bilmir.

“Azərbaycan Sənaye Bankı” başqa banklardakı depozitlərdən 14 milyon 45 min manat qazanıb. Bu maddə bankın bütün gəlirlərinin 36%-ni təşkil edir. Yəni hər 3 manat gəlirin 1 manatı depozitdən daxil olur.

Banklar üçün ənənəvi olan kredit portfelindən gələn faizlər isə “Azərbaycan Sənaye Bankı”nın gəlirlərinin cəmi 33%-ni təşkil edir – 12 milyon 460 min manat. Bu məbləğ ölkənin ən kiçik banklarının kredit gəlirləri ilə müqayisə olunacaq həddədir.

“Azərbaycan Sənaye Bankı” bank komissiyalarından 9 milyon 671 min manat – ümumi gəlirlərin 25%-i qədər , valyuta əməliyyatlarından isə cəmi 1 milyon 831 min manat - ümumi gəlirlərin 5%-i qədər qazanıb. Bank prinsipial olaraq qiymətli kağızlardan gəlir əldə etmir.

Daha 178 min manat başqa sözlə ümumi gəlirlərin 1%-i digər faiz gəlirlərindən daxil olub.

Ümumiyətlə, “ Azərbaycan Sənaye Bankı “ın gəlirlərinin 70%-i faiz,  30%-i qeyri-faiz gəlirlərindən ibarətdir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

12 460

33%

Komissiya haqları

9 671

25%

Valyuta əməliyyatlarından gəlirlər

1 831

5%

QK-a investisiyadan gəlir

-

-

Digər banklara depozitlərdən gəlirlər

14 045

36%

Digər banklara kreditlərdən gəlirlər

-

-

Digər faiz gəlirləri

178

1%

Digər qeyri-faiz gəlirləri

-

-

 

 

 

CƏMİ GƏLİRLƏR

38 185

100%

Избранный
9
fed.az

1Источники