Rusiyalı aktrisa Kamilla Belinskaya yoqa ilə məşğul olarkən dalğalar arasında itib.
Publika.az xəbər verir ki, Moskvada yaşayan 24 yaşlı model və aktrisa tətil üçün Taylanda gedib.
O, Koh Samui adasının qayalarında səhər saatlarında yoqa ilə məşğul olmağa başlayıb. Nəhəng dalğanın qəfil zərbəsi nəticəsində Belinskaya dənizə sürüklənib.
Onun suya düşdüyünü görən otel işçisi dənizə atılaraq xilas etməyə çalışsa da, aktrisanı tapa bilməyib.