RU

Rusiyanın ən varlısı azərbaycanlı oldu - FOTO

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov, Bloomberg Billionaires Index-ə görə, 2024-cü ilin əvvəlindən sərvətini 2,81 milyard dollar artıraraq 27,5 milyard dollara çatdırıb və bununla da Rusiyanın ən zəngin şəxsi olub.

İlk üçlükdə həmçinin "Severstal"ın sahibi Aleksey Mordaşov (25,3 milyard dollar, +7,9 milyard dollar) və "Onexim" şirkətinin rəhbəri Mixail Proxorov (18,7 milyard dollar, +2,99 milyard dollar) yer alır.

Ölkə.az musavat.com-a istinadən xəbər verir ki, Vahid Yusif oğlu Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının Razin qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov azərbaycanlı, anası Tatyana Fyodrovna isə rus kazak tayfasındandır. O, Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ildə "LUKoil" şirkətini təsis edib və 1993-cü ildən 2022-ci ilə qədər şirkətin prezidenti olub.

Ələkbərov iqtisad elmləri doktorudur və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür. O, həmçinin "Şərəf nişanı" və "Dostluq" ordenləri ilə təltif olunub.

2022-ci ildə Vahid Ələkbərov "LUKoil"un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Ələkbərovun sərvətinin artması, onun neft sənayesindəki uğurlu fəaliyyəti və "LUKoil"un bazardakı mövqeyi ilə əlaqələndirilir. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

Избранный
60
50
olke.az

10Источники