RU

Zakir Nuriyev: Ölkədə nağdsız ödəniş əməliyyatları 63,8%-ə çatıb

Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O qeyd edib ki, cari ildə ödəniş kartları ilə ölkə daxilində həyata keçirilən ödəniş əməliyyatlarının 63,8%-i nağdsız formada yerinə yetirilib.

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması ekosistem iştirakçıları üçün etibarlı və daha dayanıqlı tərəfdaşların yaranmasına şərait yaradıb.

Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastrukturunun təkmilləşdirilməsi, açıq bankçılıq platformasının formalaşdırılması və sandbox rejiminin tətbiqi ilə innovativ həllərin genişləndirilməsi istiqamətində fəaliyyət göstərilir.
 

Fuad Mədətov
Fins.az

Избранный
29
5
fins.az

6Источники