RU

Bayden dövründə Ukraynaya hərbi yardım 62 milyard dolları keçib - Pentaqon

Pentaqon Bayden dövründə Ukraynaya hərbi yardımın 62 milyard dolları keçdiyini açıqlayıb.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Pentaqon bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 62 milyard dolları keçib, bunun təxminən 61,4 milyard dolları Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra ayrılıb.

 ABŞ-dan Ukraynaya 725 milyon dollarlıq yeni yardım paketi də imzalanıb. 

ABŞ-da səlahiyyət müddəti yanvarın 20-də başa çatacaq Co Bayden administrasiyası Ukraynaya əlavə silah və texnika ilə dəstək vermək qərarına gəlib. Dövlət katibi Entoni Blinken Ukraynaya 725 milyon dollarlıq əlavə silah və texnika dəstəyi verəcəklərini açıqlayıb.

Seymur, 

Sitat.info

Избранный
43
49
sitat.info

10Источники