Paytaxtın Şəmsi Bədəlbəyli küçəsində (Qış parkının yanı) diplomatik korpuslardan birinə məxsus avtomobil velosiped zolağını zəbt edib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Belə ki, 002 D 005 dövlət nömrə nişanlı avtomobilin sürücüsü velosiped sürücüləri üçün nəzərə tutulmuş zolaqda maşın saxlayıb.
Qeyd edək ki, qanunvericiliyə görə diplomatik korpuslara məxsus avtomobillərin sürücülərinə cərimə tətbiq olunmur. Lakin bu o demək deyil ki, ölkənin qanunlarını pozmalıdırlar. Ən əsası isə bu təmsil etdiyi ölkə üçün ən azı ayıbdır.