RU

"Kiyevin NATO-ya daxil olması imkanını müzakirə edilmir" - Rutte

Şimali Atlantika Alyansı ölkələri hazırda Kiyevin NATO-ya daxil olması imkanını müzakirə etmirlər, söhbət yalnız Ukraynaya hərbi dəstəkdən gedir.

"Unikal" xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən əvvəl mətbuat konfransında deyib. 

O, Qərbin Ukraynanı NATO-ya dəvət etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən, “Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqəti cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya Federasiyası üçün qəbuledilməzdir.

Избранный
66
16
unikal.az

6Источники