RU

Əsəd üçün yolun sonu: bu ərazini də itirsələr...

Müxalifətin başlatdığı son əməliyyat Bəşər Əsədin Suriyadakı mövqeyini sarsıdır. Bəzi rejim mənbələri Ərəb Sosialist Bəəs Partiyasının əsas komandasının Dəməşqi tərk etdiyini və Əsədin qurban verilərək yeni hökumətin qurula biləcəyini bildirib.

Publika.az xəbər verir ki, müxalifət mənbələri Əsəd rejimi bölgəsindən olan yüksək rütbəli komandirlərin, mülki bürokratların və siyasətçilərin onlarla əlaqə saxladığını deyiblər.

Adının açıqlanmasını istəməyən Suriya Xalq Məclisinin üzvü qeyd edib ki, Hələb strateji əhəmiyyətinə və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətli vilayətdir:

“Hazırda Əsəd və Bəəs rejimi Dəməşqdə sıxışmış haldadır. Bu məğlubiyyətdən çıxış yolu axtarırlar. Hələb sözün əsl mənasında domino effekti verdi. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir. Federasiya formulu ilə yanaşı, bir nəfərlik strukturun dəyişdirilməsi və mərkəzi hakimiyyətdən imtina edərək daha demokratik hökumətin qurulması məsələsi da masadadır.

Son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün səbəbdir. Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətdəkilərin və rejimin əsas aktorlarının ümidləri çox zəifdir. Həma yıxılsa, Əsəd bu kresloda bir saat belə qala bilməz. Bundan sonrakı müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək. Bəəs körpü idi, indi o körpü az qala dağılıb”.

Türkiyə siyasi dəyişikliklərə hazır olmalıdır

Suriyalı ekspert Bəkir Atacan müxalifətin Hələb üzərində hökmranlığının Əsəd üçün sonun başlanğıcı olduğunu qeyd edib:

Избранный
36
50
publika.az

10Источники