RU

Ronaldo azan vaxtı məşqlərin dayandırılmasını istəyirmiş


Səudiyyə Ərəbistanı millisinin və “Əl-Diriyah” klubunun qapıçısı Valid Abdullah “Əl Nəsr” klubunun kapitanı Kriştianu Ronaldo ilə bağlı maraqlı xatirələrini bölüşüb.
Yeniavaz.com
xəbər verir ki, o, “Əl-Nəsr”də oynayarkən məşq namaz vaxtı ilə üst-üstə düşəndə, Ronaldonun məşqçi ilə danışdığını və ondan məşqi dayandırmağı xahiş etdiyini bildirib.
“Əgər biz məşqdəyiksə və azan vaxtıdırsa, o zaman Kriştianu Ronaldo məşqçi ilə danışır və namaza gedə bilək deyə, məşqi dayandırmağı xahiş edirdi”, - səudiyyəli qapıçı bildirib.
38 yaşlı futbolçu əlavə edib ki, Ronaldo namaz qılmayan birini görəndə onlara “Niyə namaz qılmırsınız? Gedin, onlarla namaz qılın” - deyirdi.
O, həmçinin Ronaldonun İslamla maraqlandığını və İslamı öyrəndiyini ifadə edib.   
“Ərəbistana ilk dəfə gələndə buranın mədəniyyəti ilə tanış deyildi. Onunla İslam haqqında danışırdıq və mövzu ilə çox maraqlanırdı. Bir dəfə qol vurandan sonra sahədə səcdə etdi və bütün oyunçular bir ağızdan “Allahu Əkbər” deyə qışqırdı”, - Abdullah bildirib.
Избранный
30
1
yeniavaz.com

2Источники