RU

Bu ilin 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib

Aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.

Xaçmaz rayonunda badam bağına dəyən zərər üzrə 73 768 manat, alça bağına dəyən zərər üzrə isə 2 551 manat sığorta ödənişi həyata keçirilib.

Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəyən zərər üzrə 15 420 manat ödəniş edilib. Eyni zamanda taxıl sahəsinə “vəhşi heyvanların hücumu” riski üzrə 1 546 manat, yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə 4 680 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib.

Избранный
10
5
vergiler.az

7Источники