RU

Zelenskiyə qarşı ittifaq yaradıldı: Hakimiyyət dəyişikliyi olacaq?

Donald Trampın ABŞ seçkilərində qələbəsi Vladimir Zelenskiyə və komandasına mənfi münasibət bəsləyən dairələrdə fəallığı kəskin artırıb. İndi hamı ona qarşı intriqa qurmağa, Trampın yaxın ətrafına çatmağın yollarını axtarmağa başlayıb.

Publika.az xəbər verir ki, bunu Ukraynanın siyasi dairələrindəki mənbə ölkənin “Strana” nəşrinə bildirib.

Nəşr qeyd edir ki, Tramp münaqişənin sona çatmasına kömək edəcək vədini yerinə yetirərsə, o zaman Ukraynada prezident və parlament seçkiləri təyin ediləcək. Bundan sonra Zelenskinin rəqibləri hakimiyyəti dəyişəcəyini gözləyirlər. Sosioloji araşdırmaların nəticəsinə görə, Zelenski namizəd olmaq qərarına gəlsə, seçkidə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya uduzacaq.

"Strana" iddia edir ki, Zelenskinin ofisi bunu başa düşür və atəşkəslə bağlı razılaşmaların əldə edilməsi cəhdlərini pozmağa çalışacaq.

Избранный
20
publika.az

1Источники