RU

UPT: Pul köçürmələrində orta komissiya 7%-dən aşağı düşüb

Dünyada pul köçürmələrində orta komissiya bir neçə il bundan əvvəllə müqayisədə xeyli azalıb.

FED.az xəbər verir ki, bunu UPT ("Universal Payment Transfer") beynəlxalq pul köçürmə sisteminin CEO-su Murat Kastan Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumu"nda bildirib.

"İmmiqrantlar və xarici ölkələrdə yaşayanlar üçün pulköçürmə əhəmiyyətlidir. İnsanlar xaricdə yaşayan qohumlarından pul aldıqdan sonra onu əsas ehtiyaclarına sərf edirlər. Dünya üzrə baxsaq, pul köçürmələrində orta komissiya bir neçə il bundan əvvəl 11-12 % olduğu halda, bu gün 7 %-dən aşağı düşüb. Bəzi ölkələrində bu göstərici nisbətən yüksək, bəzi ölkələrdə nisbətən azdır", - deyə o qeyd edib. (Report)

Избранный
4
3
fed.az

4Источники