RU

Yağış tıxaca səbəb oldu

Yağışlı hava şəraiti səbəbindən bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

9. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

"Cebheinfo.az"

Избранный
63
49
cebheinfo.az

10Источники