RU

Sərnişinin ölümünə səbəb olan sərxoş sürücü məhkəmə zalında həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sənan Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində qeydə alınıb.
Belə ki, Sənan Quliyev sərxoş vəziyyətdə idarə etdiyi BMW markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi avtoyuma məntəqəsinə çırpılıb. Nəticədə avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Aslan Kirov ölüb.
Hadisədən sonra Sənan Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Избранный
8
3
oxu.az

4Источники