RU

Amerikalı "Starlink"ə avropalı rəqib gəlir: Sözü bir yerə qoydular

Aİ-nin aerokosmik və müdafiə sənayesi istehsalçıları "Airbus", "Leonardo" və "Thales" amerikalı sahibkar İlon Maska məxsus "Starlink" peyk şəbəkəsi ilə rəqabət aparmaq üçün birgə kosmik şirkət yaratmaq imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, indiyədək Avropanın aparıcı peyk istehsalçıları yalnız istehsalın miqyasını genişləndirmək üçün birgə işləmək imkanlarını nəzərdən keçirib, Avropa sektoru isə "Starlink" şəbəkəsinin sürətli inkişafı fonunda böyük itkilərə məruz qalır.

"Avropanın "Airbus", "Thales" və "Leonardo" şirkətləri İlon Maska rəqib olmaq ümidi ilə yeni birgə kosmik şirkət yaratmaq planlarını nəzərdən keçirir", - agentliyin açıqlamasında deyilir.

Xəbər verildiyi kimi, "Leonardo" şirkətinin baş direktoru Roberto Cinqolani agentliyə təsdiqləyib ki, birgə proqramın strukturu hərbi raketlərin və raket sistemlərinin istehsalı üzrə Avropa korporasiyası MBDA-nın strukturuna əsaslanacaq.

Qeyd edilir ki, danışıqlar hələ ilkin mərhələdədir, lakin təklif olunan birgə layihə artıq İndoneziyada “Project Bromo” kod adını alıb.

Избранный
11
publika.az

1Источники