RU

Vəziyyət kəskinləşdi – Ruslar təcili bölgədən çıxırlar

Rusiya Suriyanın hökumət qüvvələri tərəfindən silahlı müxaliflərin qarşısı alına bilməyən hücumlarından sonra Tartus hərbi dəniz bazasından gəmilərini geri çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Naval News” mənbələrə istinadla məlumat yayıb.

Dekabrın 2-nə olan məlumata görə, “Yelnya” tankeri Tartusdan çıxıb. Mənbə qeyd edir ki, onunla bərabər, başqa gəmilər də bazanı tərk edə bilərlər.

Rusiyanın Suriyada 5 gəmisi və bir sualtı gəmisi var.

“Suriyada vəziyyətin pisləşməsi ehtimalı böyükdür”, – nəşr belə yazıb.

“Naval News” hesab edir ki, Rusiya gəmiləri böyük ehtimalla Baltik dənizinə köçürüləcək.

Məlumatda deyilir ki, əgər Rusiya Tartus hərbi bazasını saxlamağa qərar verərsə, ora böyük gücləndirici qüvvə göndərməli olacaq, amma bunun üçün həftələr lazımdır.

Xatırladaq ki, Rusiyanın Yaxın Şərqdəki yeganə hərbi bazası Suriyada yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
53
teleqraf.com

1Источники