RU

Məşhur akyor: Pulsuzluqdan ağladım

"Prens" serialı ilə adından söz etdirən məşhur türkiyəli aktyor Giray Altınok İbrahim Səlimlə "Bu Gece" verilişində qonaq olub.

News24.az xəbər verir ki, serialın ssenari müəllifi və aktyoru Giray Altınok İstanbulda olduğu ilk illərdə pul çatışmazlığından danışıb.

Altınok aşağıdakı ifadələrdən istifadə edib:

"Bir səfərində üç gün yemək yeməmişdik. Yəni o qədər pulumuz yox idi. Biz həyatımızda nəyisə istəməyə öyrəşmiş adamlar deyilik. Nəhayət, yuxarı məhəllədəki marketə gedib ərzaq məhsulları istədim. Atam və anamdan istəsə idik, onlar göndərərdilər, amma istəyə bilmədik... aclıqdan öləcəkdik, bunu heç vaxt unutmuram, çox çətin idi".

Giray Altınok ərzaq mağazasından çıxdıqdan sonra yaşadıqlarını belə izah edib:

"Ərzaq mağazasından çıxdım həyatımda ilk dəfə idi ki, belə bərkdən ağlayırdım. Ərzaqları evə apardım, evdə də ağladım. Yeyə bilmədim".

Günel Məlikzadə


Избранный
14
news24.az

1Источники