Dekabrın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclası açılıb. SİA xəbər verir ki, iclasda Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.Müzakirələrdə Türkiyəni TBMM Beynəlxalq əlaqələr Komissiyasının sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanı isə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi bir qrup deputat təmsil edib.İclası açan Fuat Oktay qeyd edib ki, iclasın sessiyaları çərçivəsində üç ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi yolları ilə yanaşı, regiondakı, o cümlədən Yaxın Şərqdəki vəziyyətin müzakirə edilməsi planlaşdırılır.TBMM parlament komissiyasının rəhbəri Azərbaycan və Gürcüstanla əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib və Cənubi Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayıb.İclas mətbuata qapalı rejimdə davam edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта