RU

Çin ABŞ-a qalium, germanium və sürmə ixracını qadağan edir

Çin qallium, germanium, sürmə (stibium) və super bərk materiallarla əlaqəli "ikili təyinatlı malların" ABŞ-a ixracını qadağan edir, bu qadağa çərşənbə axşamından qüvvəyə minəcək. “Reuters” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Bu materiallar yarımkeçirici sənayedə, elektronika və digər sənaye sahələrində istifadə olunur.

Yeni tədbirlər həm də ABŞ-a göndərilən ikili istifadəli qrafit əşyalarının son istifadəçisi və son istifadəsi üzərində daha sərt nəzarət tələb edir.

Bu addım, bazar ertəsi ABŞ-ın Çin yarımkeçirici sənayesinə qarşı yeni bir tədbir tətbiq etməsindən sonra, çip avadanlıq istehsalçısı “Naura Technology Group” da daxil olmaqla, ixracı 140 şirkətlə məhdudlaşdırdı.

Almaz Həsənli

Избранный
44
oxumeni.az

1Источники