RU

Litva, Latviya və Estoniya səfirləri Gürcüstan XİN-ə çağırıldı

Bakı, TurkicWorld

Litva, Latviya və Estoniya xarici işlər nazirlərinin sanksiyalarla bağlı açıqlamalarından sonra bu ölkələrin səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld Gürcüstan KİV-ə istinadən xəbər verir ki, səfirlərin görüşünün xarici işlər nazirinin müavini ilə baş tutacağı ehtimal edilir.

Səfirlər görüşə qədər ictimaiyyət üçün heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Litva və Estoniya insan hüquqlarının pozulması iddiası ilə bir sıra Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalan şəxslərin siyahısını Litvanın və Estoniyanın xarici işlər nazirləri dərc ediblər.

Sanksiya siyahısına daxil edilən şəxslər bunlardır: Bidzina İvanişvili, Vaxdanq Gomelauri, Şalva Bedoidze, İosif Çelidze, Aleksandr Daraxvelidze, Qiorgi Butxuzi, Zviad Xarazişvili, Miller Laqazauri, Mirza Kezevadze, Vaja Siradze, Teymuraz Kupatadze.

Избранный
2
1
turkic.world

2Источники