RU

Azərbaycanlı idmançı yeddinci dəfə dünya çempionu oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, 560-a yaxın idmançının mübarizə apardığı yarışda Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya, Rusiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.
Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov "bench press" hərəkətində 320 kiloqram nəticə ilə yeddinci dəfə dünya çempionu olub. O, həm də üçüncü dəfə "Elitar idmançı" tituluna yiyələnib.
İdmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanmışdı. O, AWPC versiyası üzrə "bench-press" hərəkətində 263 kiloqram nəticə ilə yeddinci dəfə bu titula sahib çıxmışdı. Həmçinin, yeni Avropa rekorduna imza ataraq, yarışın mütləq çempionu adına layiq görülmüşdü.
Xatırladaq ki, Azərbaycanın Əməkdar idman ustası olan Zaur Cəfərov dəfələrlə nüfuzlu yarışlarda ölkəmizi uğurla təmsil edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Избранный
10
50
oxu.az

10Источники