RU

"Araz-Naxçıvan" "Mingəçevir"ə qalib gəlir, "Səbail" 1/4 finalda - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 3 matçdan 1-i artıq başa çatıb.

İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlir.

“Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib. Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq.

"Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkir.

Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı baş tutacaq. Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1. 

Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək. 

Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

 

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir” - 2:0 (İkinci hissə)

Qol: Ülvi İsgəndərov, 5, Bernardo Dias, 21
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”

15:00. “Qaradağ Lökbatan” - “Səbail” - 0:2 

Qol: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"

18:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

4 dekabr

16:00. “Qəbələ” - “Qarabağ”

16:00. “Kəpəz” - “İmişli”

18:00. “Neftçi” - “Difai”

19:00. “Zirə” - “Şamaxı”

19:00. “Sumqayıt” - MOİK

1/4 finalda qarşılaşacaqlar

“Araz-Naxçıvan” - “Mingəçevir” cütünün qalibi / “Zirə” - “Şamaxı” cütünün qalibi

“Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi

“Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi

“Turan Tovuz” - “Sabah” cütünün qalibi / “Sumqayıt” - MOİK cütünün qalibi

Избранный
13
10
teleqraf.com

10Источники