RU

Bu ölkə Rusiya vətəndaşlarına vizanı LƏĞV ETDİ

“Myanma, Rusiya ilə vizasız rejim haqqında ikitərəfli memorandum imzalamağa hazırlaşır”.

Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinə ölkənin xarici işlər naziri Tan Sven məlumat verib.

Nazir bildirib ki, Myanma hökuməti Rusiya vətəndaşlarına vizasız səyahət imkanları təqdim etməklə bu rejimi daha da möhkəmləndirmək niyyətindədir:

“Sazişin hazırlanması, demək olar ki, yekunlaşmaq üzrədir və imzalandıqdan sonra sənəd hər beş ildən bir yenilənə biləcək”.

Tan Sven əlavə edib ki, xarici turistlər Myanmanın bəzi bölgələrində baş verən silahlı qarşıdurmalarla bağlı narahatlıq keçirə bilərlər. O, vurğulayıb ki, lakin bu hadisələr, əsasən. sərhəd bölgələrində baş verir və tarixi abidələrin yerləşdiyi əsas turistik məkanlara təsir etmir.

Myanmanın Otellər və Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında ölkəyə 2544 Rusiya vətəndaşı səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur. Həmçinin 2024-cü ilin yanvar-iyul aylarında Myanmaya ümumilikdə 700 minə yaxın xarici turist səfər edib.

Избранный
32
yenicag.az

1Источники