RU

"Karvan"ın baş məşqçisi hakimə hədə-qorxu gəldiyi üçün beş oyunluq cəzalandırıldı

"Karvan"ın baş məşqçisi Kənan Kərimov "Qəbələ" ilə görüşdən sonra hakimə hədə-qorxu gəldiyi üçün ikisi şərti olmaqla beş oyunluq cəzalanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul edilib.
 
K.Kərimov I Liqanın VIII turunun "Karvan" - "Qəbələ" görüşündən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə cəzalanıb. Sınaq müddəti üç ay təyin edilib. Baş məşqçinin bu hərəkəti, həmçinin, klubun 400 manat cərimələnməsi ilə nəticələnib.
 
K.Kərimovun köməkçisi Zaur Hacıyev də cəzalandırılıb. O, rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə beş oyunluq diskvalifikasiya olunub, Yevlax təmsilçisi buna görə 400 manat cərimələnib.
 
"Karvan"ın futbolçuları - Müşfiq Teymurov və Bəhruz Teymurov da ciddi cəzaya məruz qalıblar. M.Teymurov matç bitdikdən sonra hakimləri təhqir etdiyinə və aqressiv davrandığına görə dörd oyunluq cəzalandırılıb. B.Teymurov da hakimləri təhqir etdiyi üçün dörd matçlıq diskvalifikasiya edilib. AFFA iki futbolçuya görə klubu ümumilikdə 600 manat cərimələyib.
 
"Karvan" azarkeşlərinə görə də cəriməyə məruz qalıb. Belə ki, klub meydana kənar əşya atıldığına görə 80, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün 50 manat cərimələnib.
 
Yevlax təmsilçisi meydana kənar şəxslər daxil olduğuna görə 80, diktor Əsasnamənin tələblərini pozduğuna görə 50 manat cərimələnib. Həmçinin, dörd futbolçusu sarı vərəqə aldığı üçün "Karvan" komandası 70 manat ziyana düşüb.
 
Избранный
11
8
moderator.az

10Источники