Ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev COP16 prezidenti Abdel Rəhman Əl-Fadli ilə iqlimin maliyyələşdirilməsini müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Müzakirələrdə torpaq və su ehtiyatlarının davamlı idarə olunması üçün COP29 maliyyə mexanizmlərindən istifadəyə diqqət yetirilib”, - paylaşımda bildirilib.