Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Qeyd edilib ki, hazırda bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.