RU

Nazirlik: Bu il əlilliyi olan 114 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb".

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, bu ilin 11 ayında əlilliyi olan 114 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub, bu kateqoriyadan olan şəxslərə 90 minə yaxın reabilitasiya vasitəsi verilib.

"44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 490 şəxs 600 ədəd son nəsil müasir protezlə təmin olunub. 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə müvafiq dərman preparatları ilə də təmin olunurlar”, - deyə məlumatda qeyd edilib.

Избранный
12
3
apa.az

4Источники