RU

Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
Oxu.Az bu barədə Sputnik Gürcüstana istinadən xəbər verir.
Məlumata görə, Litva, Latviya və Estoniya səfirləri hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək qərarına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıblar.
Litva, Latviya və Estoniya İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavinləri Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze və Georgi Butxuzi, xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavinləri Miller Laqazuri və Mirza Kezevadze, patrul polisi departamentinin rəhbəri Vaja Siradze və cinayət polisi departamentinin rəhbəri Teymuraz Kupatadzenin ölkələrinə girişini qadağan edib.
Baltikyanı ölkələr öz qərarlarını Gürcüstanda insan hüquqlarının pozulmasına cavab kimi izah ediblər.
Избранный
8
oxu.az

1Источники