RU

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

"Statcounter" analitikləri brauzerdən istifadə ilə bağlı noyabr ayı məlumatlarını dərc ediblər.

Valyuta.az xəbər verir ki, statistikaya əsasən, "Google Chrome" öz payını rekord həddə - 66,31%-ə çatdıraraq liderliyini davam etdirir. Bu, oktyabr ayı ilə müqayisədə 1,09%, ötən illə müqayisədə isə 4,25% çoxdur.

İkinci yerdə payı 0,69% azalaraq 12,87%-ə düşən "Microsoft Edge" qərarlaşıb. İl ərzində 11,23% artıma baxmayaraq, "Edge" qismən brauzerin "Windows" istifadəçilərinə aqressiv marketinqinə görə "Chrome" ilə rəqabət aparmaqda çətinlik çəkir.

Üçüncü yeri 9,13% payla "Safari" tutur, onun payı 0,07% artıb. "Firefox" 6,45% (+0,06%) ilə dördüncü yeri qoruyub. İlk beşliyi isə 2,81% (-0,39%) ilə "Opera" qapayır.

Paşa Məmmədli

Избранный
95
50
valyuta.az

10Источники