Hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika peyda olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada bütün siyasi partiyaların və Milli Assambleyanın fəaliyyətinə qadağa qoyulub.
Bütün media üzərində nəzarətin tətbiq ediləcəyi də bildirilir. Xüsusi təyinatlılarla etirazçılar arasında ilk toqquşmalar baş verib.
Cənubi Koreyanın paytaxtı üzərində hərbi helikopterlərin patrul etdiyi, zirehli texnikanın isə küçələrlə hərəkət etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, xüsusi texnikanın bir neçə kolonnası Milli Assambleyanın binasına doğru gedirmiş, burada etirazçılar hazırda əsas binaya keçməyə çalışırlar. Seul səmasında helikopterlər də görünüb.
Qeyd olunur ki, zabitlər bütün batalyonlara ayıq-sayıq olmaq əmri veriblər.