RU

ABŞ Konqresinin əməkdaşı qanunverici orqanın binasına sursat keçirməyə cəhd edib

Kapitoli polisi ABŞ Nümayəndələr Palatasının əməkdaşı Maykl Hopkinsi Konqresə sursat keçirməyə çalışarkən saxlayıb.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə polis orqanının bəyanatına istinadla məlumat yayıb.

Məlumata görə, axtarış zamanı Maykl Hopkinsin çantasında dörd ədəd silah darağı və 11 ədəd patron aşkarlanıb. O, polis zabitlərinə çantada sursatın olduğunu unutduğunu deyib. Buna baxmayaraq ona qarşı qanunsuz silah-sursat saxlamaq ittihami irəli sürülüb.

Vaxtilə konqresmen Cozef Morellin kommunikasiyalar üzrə direktoru işləmiş Maykl Hopkins Kapitoli hadisəsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. O, eyni zamanda, Demokratlar partiyasının strategiyasının hazırlanmasında iştirak edib.

Избранный
20
3
yeniazerbaycan.com

4Источники