Demokrat.az xəbər verir ki, gecədə tanınmış mədəniyyət nümayəndələri, incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər. Tarixi film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin aktyor heyəti də gecədə iştirak edib.
Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Törə Zeynallı
Demokrat.az