RU

Sirli xəstəlik: Qanlı gözlərə diqqət yetirin!

 Konqo Demokratik Respublikasının cənub-qərbində müəmmalı xəstəlikdən ölənlər var.
Sherg.az xəbər verir ki, yerli hakimiyyət orqanları noyabr ayında qripə bənzər xəstəlikdən 143 nəfərin öldüyünü açıqlayıb. Xəstəliyə yoluxan insanlarda yüksək hərarət və baş ağrısı kimi qrip əlamətləri müşahidə olunur. Gözlərə qan yığılır.
Virus, simptomlarına görə "qanayan gözlər" virusu kimi də tanınır. Və yüzlərlə insanın yoluxduğu güman edilən Ruandada 15 nəfərin həyatına son qoydu.
Qeyd olunub ki, səhiyyə işçiləri nümunələrin toplanması üçün rayona göndərilib. Vətəndaş cəmiyyətinin lideri Cephorien Manzanza məsələ ilə bağlı açıqlamasında bölgədəki vəziyyətin kifayət qədər narahatverici olduğunu bildirib.
Yerli epidemioloq qeyd edib ki, xəstəlikdən ən çox qadınlar və uşaqlar əziyyət çəkir.

Qeyd olunub ki, xəstəliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ötən həftə məlumat verilib.

Избранный
49
sherg.az

1Источники