RU

Cüdoçularımız Qoridə hazırlıq keçirlər

Müxtəlif regionlardan olan 18 yaşadək cüdoçularımız Gürcüstanın Qori şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edirlər.

Apasport.az xəbər verir ki, Azərbaycan komandasının heyətində 26 cüdoçu yer alıb.

Hazırlıq prosesinə Goranboy, İsmayıllı, Qəbələ, Naxçıvan, Qusar, Zaqatala, Mingəçevir, Şirvan, Qobustan, Gəncə və Siyəzəndən olan idmançılar iştirak edirlər. Təlim-məşq toplanışı Gürcüstan və Qazaxıstanın yeniyetmə cüdoçuları ilə birgə təşkil olunub.

Toplanışın əsas məqsədi gələn il 18 yaşadək cüdoçular arasında keçiriləcək ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətinin artırılmasıdır.

Qeyd edək ki, noyabrın 25-də start götürən hazırlıq dekabrln 5-də başa çatacaq.

Bu gün komanda yarışlarına start veriləcək

7 çəkidə qaliblər müəyyənləşib

Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

Избранный
367
apasport.az

1Источники