RU

Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putinin 2012-ci ildə Yaponiyanın şimalındakı Akita prefekturasının qubernatoru Norihise Satakeyə hədiyyə etdiyi "Mir" adlı Sibir pişiyi xəstəlikdən ölüb. Pişiyin 13 yaşı tamam olacaqdı.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Akita prefekturasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qubernator bu kədərli hadisə ilə bağlı 9 dekabr tarixində növbədənkənar mətbuat konfransı keçirmək niyyətindədir.
Məlumata görə, 2011-ci ilin martında baş vermiş təbii fəlakətlərdən sonra Rusiyanın Yaponiyaya göstərdiyi yardıma görə 2012-ci ilin yayında Satake Putinə minnətdarlıq əlaməti olaraq prefekturasında məşhur olan yapon cinsli Akita-inu itinin balasını hədiyyə edib. İtə "Yume" ("Arzu") adı verilib.
Buna cavab olaraq Putin Satakeyə kül rəngində pişik balasını hədiyyə verib və pişiyə rusca "Mir" adı verilib ki, Yaponiyada bu söz yerli transkripsiyada "miru" kimi səslənir. Bu hədiyyə qubernatorun pişikləri itlərdən çox sevdiyi məlum olduqdan sonra seçilib.
Qanunun tələblərinə əsasən, bala pişik "Mir" Tokionun Narita Beynəlxalq Hava Limanında xüsusi zonada karantinə alınıb. Altı ay ərzində Rusiya səfirliyinin əməkdaşları mütəmadi olaraq pişiyə baş çəkərək, ona müxtəlif yeməklər və oyuncaqlar gətiriblər. Karantindən sonra pişik qubernatorun evinə köçüb.
Ömrünün 12 ili ərzində "Mir" Norihise Satake ailəsinin tamhüquqlu üzvü olub. 2020-ci ildə qubernator pişiklə bağlı verdiyi müsahibəsində onun yaxşı iştahasının olduğunu, güclü və şən olduğunu, sakit xarakteri ilə seçildiyini demişdi.
"Bizim evdə yaşayan digər altı pişiklə "Mir" çox yaxşı yola gedir. Bu, mənim üçün xüsusi varlıqdır - onun üzünü görəndə ruhum dincəlir", - deyə prefektura rəhbəri qeyd etmişdi.
Избранный
96
1
oxu.az

10Источники