RU

Türkiyənin avtomobil ixracı 6 % artıb

024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 33 milyard 731 milyon 566 min dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur.

Eyni zamanda, qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Fuad Mədətov
Fins.az

Избранный
1
23
fins.az

10Источники