RU

Günəşli faciəsindən 9 il ötür

Bu gün "Günəşli" yatağında baş verən faciədən doqquz il ötür.

Yanğın 2015-ci ilin 4 dekabrında baş verib.

Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.

Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.

Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.

6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir.

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.
Избранный
33
2
qaynarinfo.az

3Источники