RU

Vergi ödəyicilərinin sayı 5,6 faiz artıb

Dövlət Vergi Xidmətindən “XQ”yə verilən məlumata əsasən, 2024-cü il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 583 min 592 vergiödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. 2024-cü il noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 187 min 674-ə çatıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxalıb.

Yanvar–oktyabr aylarında 11 min 670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçən kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

2024-cü il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində fəal ƏDV ödəyicilərinin sayı 39 min 399 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi isə 32,2 faiz təşkil edib. Fəal kommersiya qurumlarının sayı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.

Избранный
2
7
xalqqazeti.az

10Источники