RU

Türkiyə mətbuatı, 4 dekabr 2024

 

“Haber Türk”: Ərdoğan “PKK-ya qarşı addımları atırıq və atacağıq” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonda danışıb. O, separatçı terror təşkilatı PKK və onun Suriyadakı uzantılarının qarşısının alınması üçün Türkiyənin milli təhlükəsizliyi və maraqlarına uyğun addımlar atıldığını və atılacağını bildirib.

“Hürriyet”: Ərdoğan “Suriya rejimi siyasi prosesə qoşulmalıdır” dedi

  “Aylardır Türkiyənin uzadılmış əlini rədd edən Suriya rejimi ölkədə ədalətli və davamlı sülhün bərqərar olmasında maraqlı deyil”. Türkiyə prezidenti R.T.Ərdoğan müxalifətin Hələbi qısa zamanda ələ keçirməsindən sonra böyük torpaq və güc itirən Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edərək deyib: “Suriya rejimi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün real siyasi prosesə girməlidir”.

“Star”: Türkiyədən Yunanıstana “Yumşaq güc” çağırışı

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun mədəniyyət və idmanın yumşaq güc elementi kimi birləşməsinə inandığını bildirərək deyib: “Yunanıstanla dostluğumuzu möhkəmləndirəcək və gücləndirəcək hər təşəbbüsü dəstəkləməyə tam hazırıq”.

“Vatan”: “Fitch” Türkiyə iqtisadiyyatının yaxşılaşmasına diqqət çəkdi

  Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Fitch” Türkiyə iqtisadiyyatındakı yaxşılaşmaya diqqət çəkərək hesabatında bildirib: “Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ehtiyatlarında nəzərəçarpacaq yaxşılaşma olub. 2025-ci ildə də bunun artaraq davam edəcəyini gözləyirik”.

“Yeni Şafak”: Türkiyədən təmiz enerji hərəkəti

  Türkiyəli tədqiqatçılar karbon qazını təmiz enerjiyə çevirəcək cihaz hazırlayırlar. Türk alimlərinin inkişaf etdirməyi planlaşdırdıqları inqilabi cihaz tullantı olaraq karbon qazı çıxaran avtomobillərin işlənmiş qazı və zavod bacaları kimi sistemlərin çıxışına uyğunlaşdırılacaq.

 



Избранный
4
trt.net.tr

1Источники