RU

“Ordu”nun baş məşqçisi: “Çox pis oynadıq”

“Quba” çox yaxşı oynadı. Bütün komponentlərdə bizdən üstün idilər”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis klubun mətbuat xidmətinə müsahibəsində “Quba”ya 75:101 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, rəqibin uğurlu çıxışı fonunda onlarda istədikləri heç nə alınmayıb: “Biz həm təkbətək mübarizələrdə, həm müdafiədə, həm də hücumların sonluğunda çox pis təsir bağışladıq. Oyunumuz alınmadı. İlk iki periodda bərabər mübarizə getsə də, sonrakı hissələrdə bərbad oynadıq. 3-cü periodda 22 xal fərqi ilə uduzduq ki, bu fərqi aradan qaldırmaq mümkün deyildi. Bir sözlə, çox pis oynadıq. Artıq bu nəticəni yaddan çıxarmalı və gələcək oyunlara köklənməliyik. Səhvlərimizdən nəticə çıxarmalıyıq”.

Qeyd edək ki, bu, “Ordu”nun mövsümdə ikinci məğlubiyyəti olub. Onlar III turda “Gəncə”yə də uduzublar.

İdman.biz

Избранный
21
idman.biz

1Источники