RU

"Sabah"ın prezidenti Berezutskinin debütünü dəyərləndirdi

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov "Turan Tovuz"la kubok oyunundan sonra Rusiya telekanalı “Matç TV”-yə danışıb.

Fanat.Az xəbər verir ki, klub funksioneri rusiyalı baş məşqçi Vasili Berezutskinin işini dəyərləndirib:
 
“Vasili Berezutskininin ilk oyununun nəticəsi bizi qane etdi. İkinci oyun ağır oldu. “Turan Tovuz” yaxşı təşkilatlanmış komandadır. Üstəlik, uzaq səfər, süni meydan və azarkeşlərin aktiv dəstəyi çətinliyi artırırdı. Əsas odur ki, kubokda mərhələ adladıq, işimizi davam edəcəyik. İndi qrafik sıxdır, qlobal dəyişikliklərə vaxt yoxdur. Amma addım-addım irəliləyəcək və oyundan-oyuna artıracağıq”.

Qeyd edək ki, Berezutskinin debütündə “Səbail”ə Premyer Liqa matçında 1:0 hesabı ilə qalib gələn “Sabah” kubokun 1/8 finalında “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb – 2:2, penaltilərlə - 3:1.

Избранный
28
fanat.az

1Источники