2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 440.9 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 30% və ya 621.8 milyon manat, banklardan xaricə köçürmələr isə 14.7% və ya 76 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 76.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manat təşkil edib.