RU

Masazırda 31 yaşlı kişi öldürüldü, arvadı tutuldu

Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.

Publika.az “Qafqazinfo” xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.

Onların 4 azyaşlı övladının olduğu bildirilir.

Избранный
0
9
publika.az

10Источники