RU

Sirli “qara dəlik”lər göydə yox, yerdə ola bilər –Elmi araşdırma/"Physics of the Dark Universe" jurnalı

Alimlər kainatın yaranmasının ilkin vaxtında əmələ gələn “qara dəlikləri” axtarmaq üçün yeni üsul təklif ediblər.

Azpost.info bildirir ki, tədqiqatçıların fikrincə, bu “qara dəlik”lər planetlərdə, asteroidlərdə və hətta Yer kürəsindəki qədim tikililərdə unikal izlər qoya bilərlər.

Beynəlxalq astrofiziklər qrupunun elmi işi “Physics of the Dark Universe” (PDU) jurnalında dərc olunub.

İlkin qara dəliklər Böyük Partlayışdan qısa müddət sonra meydana çıxa bilən hipotetik obyektlərdir. Onlar qaranlıq materiyanın rolu üçün potensial namizədlərdən biri hesab olunurlar. “Qara dəliklər” həmçinin cazibə dalğalarının mənbələri və bir çox kosmoloji sirlərin açılmasının açarı ola bilərlər.

Planetlərin və ya asteroidlərin içərisinə daxil olduqdan sonra qara dəliklər maye nüvələrini udur. Nəticədə içi boş qabıqlar qalır. Əgər bu qabıların ölçüsü Yer radiusunun 10 faizini keçmirsə, öz formasını saxlaya bilir.

“Belə izləri müasir teleskoplar aşkar edə bilər: onların ölçülərinin nisbətən aşağı sıxlığı içi boş bir quruluşu ilkin qara dəliklə qarşılıqlı əlaqəsini göstərə bilər” -deyə tədqiqatın rəhbəri, professor Dejan Stojkovic vurğulayıb.

Ancaq indiyə qədər bu üsuldan istifadə edilməklə heç bir ilkin qara dəlik aşkar edilməyib. Qara dəlik qaya kimi bərk cisimdən keçərsə, o, arxasında mikrotunel – diametri təxminən 0,1 mikron olan dar, düz kanal buraxa bilər. Alimlər təklif edirlər ki, bu tunellər milyon ildən çox yaşı olan obyektlərdə: qədim qayalarda və ya binalarda tapıla bilər.

İlkin qara dəliklərin axtarışının yeni üsulu o qədər də effektiv deyil.

“Bir milyard ildən sonra qara dəliyin qayadan keçməsi ehtimalı 0,000001-dir”,- professor əlavə edib.

Bununla belə, aşkarlanma şansının aşağı olmasına baxmayaraq, elm adamları hesab edirlər ki, bu cür təcrübələr əhəmiyyətli resurs tələb etmədiyi üçün məntiqlidir.

Kəşf ilkin qara dəliklərin mövcudluğunu sübut etmək üçün ilk addım ola bilər və gələcəkdə onların Kainatın inkişafındakı roluna işıq sala bilər.

Azpost.info

Избранный
34
azpost.info

1Источники