03 dekabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun tapşırığı əsasında aparatın əməkdaşları və müvafiq ərazi nümayəndələri rayonda yaşayan bir qrup əlilin evində olmuş, onların vəziyyətləri ilə maraqlanmışlar.
Belə ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları rayonun Allahyarlı kəndində İsrafilov Rahim Aşur oğlu, Qəriblər kəndində Paşayev Səbuhi Şahrza oğlu, Məmmədxanlı kəndində Rzayev Kamal Rafiq oğlu, Hacıtəpə kəndində Hüseynov Xalid Vahid oğlu, Yeddioymaq kəndində Abdullayev Urşan Qurban oğlu və Təzəkənd kəndində Əliyev İslam Ağalar oğlunu evində ziyarət edərək onların qayğıları və səhəti ilə maraqlanmış, “Beynəlxalq əlillər günü” münasibətilə onlara sovqat vermişlər.
Əlillərin ailə üzvləri, yaxınları göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.