Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır.aia.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: "Yekun hesabatlar hazırlanaraq aidiyyəti qurumlara verilib. Tövsiyələr verilib".T.Əhmədov məlumat verib ki, məktəbəqədər təhsil uşaqların cəmiyyətdə öz yerini tapması üçün zəmin yaradıraia.az