RU

Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirilib

Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-dən nildirilib. Məlumata görə, 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Избранный
23
23
apa.az

10Источники