RU

Noyer başına ilk dəfə gələn hadisəyə görə üzr istədi

"Bayern Münhen"in qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 finalında "Bayer Leverkuzen"ə məğlubiyyətdən (0:1) sonra fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, Noyer qarşılaşmanın 17-ci dəqiqəsində Leverkuzen klubunun futbolçusu Ceremi Frimponqa qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 

"Bayern & Germany" təcrübəli qolkiperin fikirlərini belə çatdırıb:

“Bu, şübhəsiz ki, böyük bir məyusluqdur. Qırmızı vərəqədən sonra asan olmadı. Uşaqlar əllərindən gələni etdilər və meydanda hər şeylərini qoydular, onları qınamaq olmaz. Komandadan üzr istədim.

Frimponqa kobudluq etmək istəmirdim, topu götürməyə çalışdım, amma çatdırmadım. Mən onun ofsaydda olacağına ümid edirdim.

Mən olanları dəyişə bilmərəm. Bu, səhv idi və bunu qəbul etməliyəm – təəssüf ki, başqa seçimim yoxdur”.

Onu da əlavə edək ki, bu birbaşa qırmızı vərəqə almaniyalı qapıçının karyerasında ilk olub.

Mirağa

Избранный
60
fanat.az

1Источники