RU

Rza Rəhmani Qərbi Azərbaycan əyalətinin yeni valisi təyin edilib

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, yeni valinin təyinatı barədə İran Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib.

Miliyyətcə Azərbaycan türkü olan Rza Rəhmani Təbrizdə anadan olub.

O, Sənaye və Mədən Universitetində idarəçilik üzrə doktorluq dərəcəsi alıb, Təbrizin İran parlamentdəki nümayəndəsi olub.

Rəhmani, İranın keçmiş prezidenti Həsən Ruhani hökumətində bir müddət Sənaye, Mədən və Ticarət naziri kimi fəaliyyət göstərib.

Azərbaycanlı siyasətçi eyni zamanda Sənaye, Mədən və Ticarət nazirinin müavini və Milli Mis Sənayesi Şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, miliyyətcə kürd olan keçmiş vali Məhəmməd Sadiq Mötəmedianın Tehran əyalətinə vali təyin edilməsindən sonra, Qərbi Azərbaycana vali təyinatı bir neçə dəfə gecikib.

İki ay ərzində əyalətdə 3 dəfə vali təyn edilsə də, onlar bu vəzifədə qısa müddət qala biliblər.

Bu, Qərbi Azərbaycan əyalətindən İran parlametinə göndərlən kürd millət vəkillərinin və onların himayəçilərinin təxribatçı fəaliyyətləri nəticəsində başverib.

Kürd millət vəkilləri, Qərbi Azərbaycan əyalətinə torpaq iddiasında olan kürd qruplaşmaları və onların hakimiyyətdəki dəstəkçiləri əyalətə kürd valinin təyin edilməsinə çalışıblar.

Bu isə türk əhali və bir neçə türk millət vəkilinin etirazlarına səbəb olub, məsələ İran parlamentində də müzakirəyə çıxarılıb.

visiontv.az



Избранный
19
visiontv.az

1Источники