RU

Rusiyanın mühacirətdə olan müxalifəti Tramp dönəminə hazırlaşır: Onlar vahid strategiya təşkil etməyə çalışır

Rusiyanın mühacirətdə olan müxalifəti, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəsinə son qoyacağına dair seçkiqabağı vədlərini yerinə yetirməsini gözləyərkən, ortaq strategiya təşkil etməyə çalışır.

Ukraynada təxminən üç ildir davam edən tammiqyaslı müharibədən sonra Rusiyada Prezident Vlaidmir Putinin əleyhdarları çətin bir yol ayrıcındadır.

Müxalifət hərəkatının tanınmış simaları mühacirətdə olduğu, geridə qalanlar isə ya səssiz qalmağa məcbur edildiyi, ya da həbs təhlükəsi ilə üzləşdiyi bir vaxtda, müxalifətin dəqiq bir lideri yoxdur.

Putinin əsas rəqiblərindən İlya Yaşin avqust ayında tarixi məhbus mübadiləsi nəticəsində Rsuiya həbsxanasından sərbəst buraxılandan bəri yaşadığı Berlində Amerikanı Səsinə danışıb.

“Rusiya müxalifətinin lideri var idi, Boris Nemtsov. O öldürüldü. Rusiya müxalifətinin bir başqa bir lideri var idi, Aleksey Navalnı. O həbs edildi və həbsxanada zəhərləndi. Bu gün tək bir nəfər ətrafında cəmləşmək kimi təcili bir tapşırıq yoxdur. Mənə elə gəlir ki, ortaq dəyərlər ətrafında cəmləşmək daha çox vacibdir,” Rusiya müxalifətinin lideri İlya Yaşin deyib.

Noyabr ayında Berlində keçirilən böyük nümayişdə müxalifətinin tələblərinin əsasını azadlıq və ədalət dəyərllərini təşkil edirdi. Bu da xüsusilə də, Rusiya qoşunlarının Ukaryna torpağından geri çəkilməsi, Rusiyada siyasi məhbusların azadlığa buraxılması və Putini məsuliyyətə cəlb edilməsidir.

Gələn ay Vaşinqtonda hakimiyyətin ötürülməsi Rusiyanın mühacirətdə olan müxalifəti arasında nahatlıq doğurur. Onlar Donald Trampın Ukraynada tez bir zamanda sülh əldə etmək vədinin Kyivə hərbi və siyasi dəstəkdə radikal dəyişikliyə gətirib çıxarıb-çıxarmayacağını görmək istəyirlər. Tramp hakimiyyətə gəlmədən belə müharibəyə son qoymağı vəd edib, amma bunu necə edəcəyini deməyib.

Sentyabr ayında keçirilən debat zamanı o, Ukraynanın qalib gəlməsini istədiyini deməkdən imtina edib.

“İndiyə qədər ABŞ Konqresində həm Demokratlar, həm də Respublikaçılar Ukraynanın dəstəklənməli olduğuna və Putinin aqressor olduğuna inanırdı. İndi bir başqa prezident gəlir, amma biz düşünürük ki, Konqres Ukraynaya pul ayırmağa davam edir və davam edəcək,” Moskvanın Peçatniki rayonunun sürgündə olan keçmiş deputatı Sergey Vlasov deyir.

Ancaq bəzi müşahidəçilər deyir ki, təkcə yeni administrasiyanın hərəkətlərinə və ya istəklərinə diqqət yetirmək yanlışdır. Onlar hesab edir ki, Putinin sülh istədiyini düşünmək sadəlövhlükdür.

“Putinin nöqteyi-nəzərindən Rusiya ordusu irəliləyir, iqtisadiyyat ayaqda qalmağa davam edir. İndi Kremlin güzəştə getməyə ehtiyacı yoxdur, ona görə də deyərdim ki, Tramp həqiqətən də çalışacaq, amma əvvəl-axır çox güman ki, Birləşmiş Ştatlar Ukraynaya yardım etməyə qayıdacaq, müharibə davam edəcək,” Riddle Russiya təşkilatından Anton Barbaşin deyir.

Ukraynada müharibə, Vaşinqtonda qarşıdan gələn dəyişikliklər fonunda eksalasiya edir. Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayır. Bu arada isə Rusiyanın müharibə əleyhinə hərəkatının müharicərətdə olan üzvləri yeni reallıq üzləşməyin yolunu tapmağa çalışırlar.

visiontv.az



Избранный
6
1
visiontv.az

2Источники